Toyuq souzu

Toyuq souzu

Bunun üçün lazımdır.

Toyuq
Baş soğan
Badımcan
Kartof
Pomidor
Bəzək üçün göyərti
Badımcanları girdə kəsib, duzlamaq və acılığı çıxmaq üçün bir qədər belə saxlamaq. Sonra badımcanı yuyub qurudmaq və yağda qızartmaq.

Toyuqu yuyub hissələrə bölün. Soğanı həlqəvi doğrayıb qızardın. Soğan “ölən” kimi toyuqu soğanla qızardın. Salmonellanın qorxusundan mən toyuqu 5 dəqş qaynadıb suyunu tullayıram və sonra qızardıram. Kartofu təmizləyib 4 hissəyə bölün. Toyuqa əlavə edib 5 dəq. qızardın. Sonra yarıya qədər qaynanmış su töküb qazanın qapağını örtün. Kartof bişməlidir. Pomidoru qabıqdan təmizləyib xırdalayın. Qazana tökün və bağlı qapaqla 5-10 dəq. bişirin. Üstünə lay-lay hazır badımcanları yığın və yenə qapaqla bağlayın. Zəif alovda bişməlidir.

Hazır xörəyin üstünə xırda doğranmış göyərtini tökün.

Geri qayıt